• Bakı 18° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Zelenski müşavirə keçirib

DÜNYA

23 Iyul 2025 | 14:56

Zelenski müşavirə keçirib

Ukrayna Prezidenti Volodimir Zelenski hüquq-mühafizə və antikorrupsiya orqanlarının fəaliyyətini məhdudlaşdıran qanuna etirazlar fonunda müşavirə keçirib.

Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Müşavirədə hüquq-mühafizə və antikorrupsiya orqanlarının rəhbərləri iştirak edib.

V.Zelenskinin sözlərinə görə, iki həftə ərzində Ukraynanı gücləndirmək və cəmiyyətin maraqlarını qorumaq üçün vacib olan birgə plan hazırlanmalıdır.

O qeyd edib ki, cinayət işləri qanuni hökmlər olmadan illərlə davam etməməli, Ukraynaya qarşı fəaliyyət göstərənlər isə özlərini rahat hiss etməməlidirlər.

Prezident birgə fəaliyyət planı üzrə növbəti görüşün gələn həftə baş tutacağını deyib.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025