• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Bu media subyektinin redaktor və prodüser 12 il həbs oluna bilər

DÜNYA

23 Iyul 2025 | 13:00

Bu media subyektinin redaktor və prodüser 12 il həbs oluna bilər

Rusiyanın "Baza" teleqram kanalının baş redaktoru Qleb Trifonov və kanalın prodüseri Tatyana Lukyanova üçün 12 ilədək azadlıqdan məhrumetmə təhlükəsi var, onlar qrup şəklində böyük məbləğdə rüşvət verməkdə ittiham olunurlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Q.Trifonova Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsi (vəzifəli şəxslərə rüşvət vermə) ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyası 1 milyondan 3 milyon rubladək cərimə, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə və digər cəzaları nəzərdə tutur.

“Baza”nın prodüseri T.Lukyanovaya da oxşar ittiham irəli sürülüb. Q.Trifonov və T.Lukyanova günahlarını qəbul etmirlər.


SON XƏBƏRLƏR