Myanma ilə Hindistan sərhədində zəlzələ olub.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, sərhəddəki Mövlaik bölgəsində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Qeyd olunub ki, yerli vaxtla saat 11:26-da, təxminən 10 kilometr dərinlikdə baş verən yeraltı təkan Hindistanın Myanma sərhədinə yaxın Aizawl şəhərində də hiss olunub.
Mina Mikayılova