ABŞ-ın Qətərdəki səfirliyi bu ölkədəki vətəndaşlarına növbəti bildirişə qədər olduqları yeri tərk etməməyi tövsiyə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.
Məlumata görə, səfirlik Qətərdəki ABŞ vətəndaşlarına elektron məktub göndərib.
Məktubda qeyd olunur ki, tövsiyə "ehtiyat tədbirləri" səbəbindən verilib. Əlavə məlumat verilməyib.