• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Azərbaycan və Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasına hazırlıq görülür

SİYASƏT

23 Iyun 2025 | 14:54

Azərbaycan və Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasına hazırlıq görülür

Bu ilin sonunda Bakıda Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az bu barədə Report-a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən bildirilib.

Xatırladaq ki, komissiyanın 7-ci iclası ötən il dekabrın 18-də Tacikistanda keçirilib.

Komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda olub.

Nazirlikdən, həmçinin vurğulanıb ki, iki ölkə arasında möhkəm və dinamik ticari-iqtisadi münasibətlər formalaşıb.

"Böyük potensialın olduğu daha əvvəl dövlət başçıları səviyyəsində qeyd edilib. Biz neft-qaz sahəsində, sənayedə, logistikada, həmçinin ekoloji təşəbbüslərin irəli sürülməsində birgə layihələrin həyata keçirilməsində maraqlıyıq. Tacikistan və Azərbaycan iqlim dəyişikliyi məsələləri üzrə əsas təşəbbüskarlardan biridir. BMT-nin beynəlxalq konfransları və COP29-un qlobal gündəliyi çərçivəsində çox yaxşı qarşılıqlı əlaqəmiz var", - nazirlikdən qeyd olunub.


SON XƏBƏRLƏR