Təl-Əviv ölkədə qalan əcnəbi vətəndaşlara qondarma repatriasiya uçuşları ilə İsrail ərazisini tərk etməyə icazə verəcək.
Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu nəqliyyat naziri Miri Regev deyib.
Onun sözlərinə görə, xaricdən 100 mindən çox israillini İsrailə qaytarmaq üçün iyunun 18-dən repatriasiya uçuşları həyata keçirilir. İsrailin "El Al", "İsrair" və "Arkia" aviaşirkətləri hücum təhlükəsi səbəbindən uçuşları yalnız gündüz saatlarında həyata keçirir. Təyyarələr Təl-Əvivin Ben Qurion hava limanına gedir, sərnişinləri düşürür və dərhal uçur:
"İsrail hakimiyyəti iyunun 23-dək ölkəni hava yolu ilə tərk etməyi qadağan edib. Bazar ertəsi hava yollarının 24 repatriasiya reysi həyata keçirəcəyi gözlənilir və hər bir uçan təyyarə 50 sərnişinlə məhdudlaşacaq. Gediş zamanı insanların həyatının xilas edilməsi, humanitar yardımın göstərilməsi və milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı işlərə üstünlük veriləcək".
Regev bildirib ki, İsraili tərk etmək üçün birtərəfli bilet alan sərnişinlər yalnız gediş tarixindən ən azı 30 gün sonra İsrail ərazisinə qayıtmaq üçün bilet ala biləcəklər.
Gülşən Şərif