İranın heç vaxt nüvə silahına sahib olmaq fikri olmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyyid Cəfər Ağayi bildirib.
“İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və bu niyyətdə olmayıb. Rafael Qrossi əvvəllər İranın sistematik şəkildə nüvə silahına malik olmasına dair dəlillərin olmadığını bildirib, lakin indi bu təcavüzə şərik çıxır”, - diplomat bildirib.
O qeyd edib ki, indiyədək İran silahlı qüvvələri genişmiqyaslı hücumlardan çəkinib.