İsrailin Baş naziri Benjamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu İran xalqına çağırış edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
"İran xalqına –
Həyat yoldaşm, Baş nazir Netanyahunun tez-tez dediyi kimi:
Siz, İran xalqı, möhtəşəm bir mədəniyyətin varislərisiniz – istedadlı və nailiyyətli bir millət, zəngin tarixə maliksiniz.
Biz sizin düşməniniz deyilik.
Bizim mübarizəmiz sizi əsarət altında saxlayan zalım rejimlədir, sizinlə yox. Biz xalqlarımız arasında sülhə, azadlığa və dostluğa əsaslanan gələcəyə inanırıq".