• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Bu gün Aİ-də Gürcüstanla bağlı müzakirələr aparılacaq

DÜNYA

23 Iyun 2025 | 14:55

Bu gün Aİ-də Gürcüstanla bağlı müzakirələr aparılacaq

Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının iclasında Gürcüstanla bağlı müzakirələr aparılacaq.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris Şuraya Gürcüstanla bağlı 6 maddəlik təşəbbüs təqdim edəcəyini bildirib.

Nazir qeyd edib ki, müzakirə ediləcək məsələlər arasında Gürcüstanla vizasız rejimin yenidən nəzərdən keçirilməsi və vətəndaş cəmiyyətinə əlavə dəstək məsələləri var.

    “Bugünkü gündəlikdə Gürcüstan və Litvanın Gürcüstanla bağlı təşəbbüsüdür. Biz humanitar vəziyyətin pisləşdiyi Gürcüstanla necə davam edəcəyimizə dair 6 maddəlik təşəbbüs irəli sürəcəyik. İndi bunu etmək üçün doğru zamandır. Mən bunu müzakirə edəcəyəm. Biz artıq öz təkliflərimizi çatdırmışıq və mən bunları əvvəlcə öz həmkarlarımla müzakirə edəcəyəm”, - litvalı nazir qeyd edib.


    SON XƏBƏRLƏR