• Bakı 21° C

    0.94 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Britaniya XİN rəhbəri: “Hörmüz boğazının bağlanması səhv addım olar”

DÜNYA

23 Iyun 2025 | 17:00

Britaniya XİN rəhbəri: “Hörmüz boğazının bağlanması səhv addım olar”

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi İranın Hörmüz boğazını bağlamaq planlarına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, nazir İrana çağırış edərək bu addımın regionda gərginliyi daha da artıracağını qeyd edib:

“Hörmüz boğazının blokadaya alınması çox ciddi iqtisadi və geosiyasi nəticələrə səbəb ola bilər. Bu, səhv qərar olar və heç bir tərəfə fayda verməz”.

Devid Lammi İranı vəziyyəti eskalasiya etmək əvəzinə, diplomatik yolla həll yolları axtarmağa çağırıb:

“İranı danışıqlar masasına qayıtmağa və beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə dəvət edirik”.

Qeyd edək ki, Hörmüz boğazı qlobal neft ticarətinin əsas keçid nöqtələrindən biridir. Onun bağlanması dünya bazarında ciddi enerji böhranına səbəb ola bilər.

Əli Hüseynov

 

 


SON XƏBƏRLƏR