• Bakı 26° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Sakaryada yeni meşə yanğını: Bur məhəllə boşaldıldı - FOTO

DÜNYA

23 Iyul 2025 | 16:32

Sakaryada yeni meşə yanğını: Bur məhəllə boşaldıldı - FOTO

Sakaryada yeni meşə yanğını başlayıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, yanğın səbəbindən D-650 avtomobil yolu bağlanıb, bir məhəllə də ehtiyat tədbiri olaraq boşaldılıb.

Sakaryanın Geyve rayonundakı meşəlik ərazidə başlayan yanğın havadan və qurudan yanğınsöndürənlər tərəfindən söndürülür. Yanğın Karaçam və Nuruosmaniye məhəllələri arasında yerləşən Balaban bölgəsində hələ məlum olmayan səbəbdən baş verib.

Sıldırım və maili ərazidə alovu söndürmək çətin olduğundan əraziyə yanğınsöndürən helikopter də göndərilib.

Yanğınsöndürmə işləri davam edir.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

23 Iyul 2025