• Bakı 21° C

    0.94 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Çin İran və İsraildən 3 500-dən artıq vətəndaşını təxliyə edib

DÜNYA

23 Iyun 2025 | 16:46

Çin İran və İsraildən 3 500-dən artıq vətəndaşını təxliyə edib

Çin İsrailin davam edən hücumları fonunda İran ərazisindən 3 mindən çox vətəndaşını uğurla təxliyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi bildirib.

Bundan başqa, İranın raket zərbələrinə məruz qalan İsrail ərazisindən daha 500 Çin vətəndaşı çıxarılıb.

XİN-in məlumatına görə, təxliyə üçün müraciət edən hər kəs münaqişə zonalarını təhlükəsiz şəkildə tərk edib.

Təxliyələr regional qeyri-sabitliyin artması və Yaxın Şərqdə hava məkanının kütləvi bağlanması fonunda həyata keçirilir.


SON XƏBƏRLƏR