İran bütün İsrail ərazisinə raket və pilotsuz təyyarələrlə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, zərbələr Təl-Əviv, Hayfa, Aşkelon, Aşdod, Akko və Safedə endirilib.
“Fars” agentliyinin məlumatına görə, İran İsraili vurmaq üçün “Xeybər Şekan”, “Emad”, “Qədr” və “Fəttah-1” ballistik raketlərindən istifadə edib.