• Bakı 28° C

    0.58 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Hörmüz boğazının bağlanması böhran yaradacaq - Siyarto

DÜNYA

23 Iyun 2025 | 19:36

Hörmüz boğazının bağlanması böhran yaradacaq - Siyarto

“Neft-qaz ixracının 25 faizinin həyata keçirildiyi Hörmüz boğazının bağlanması faydalı qazıntılarla təchizatda kütləvi böhran yaradacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “X” hesabında yazıb.
O, bu halın baş verməməsi üçün atılmalı olan addımlar barədə danışıb:

“İran dünya ictimaiyyətini neft və qaz ixracının 20–25 faizinin həyata keçirildiyi Hörmüz boğazında hərəkəti qadağan edəcəyi ilə hədələyib. Bu addımın belə bir qeyri-sabit şəraitdə atılması təchizat məsələsində kütləvi böhran yaradacaq. Belə bir şəraitdə Avropa İttifaqı Rusiyanın faydalı qazıntılarından imtinanı nəzərdə tutan “RePowerEU” proqramından imtina etməlidir”.


SON XƏBƏRLƏR

19 Iyul 2025