İsraildə Baş nazir Benyamin Netanyahuya qarşı bombalı sui-qəsd planlaşdıran şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Jorusalem Post” məlumat yayıb.
Polisdən bildirilib ki, 70 yaşlı qadın ətrafındakı şəxslərə Netanyahuya sui-qəsd etmək niyyətində olduğunu deyib.
Prokurorluq qadın barəsində “cinayət və terror aktı məqsədilə sui-qəsd” maddəsi ilə cinayət işi başladıb.
Bildirilib ki, məhkəmə qərarı ilə qadının adı və yaşadığı yerlə bağlı məlumatlar qorunur./Qafqazinfo