NATO Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu hərbi blokun Baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə mətbuat konfransında deyib.
“Mən əmin olacam ki, Ukraynaya elə səviyyədə təhlükəsizlik zəmanəti verilib ki, Rusiya bir də ona hücum etməyəcək” Rutte vurğulayıb.
“Kimin Ukraynaya qoşun, kimin kəşfiyyat məlumatı verəcəyi, kimin dənizdə və havada Ukraynaya kömək edəcəyini i demək hələlik tezdir. Amma, aydındır ki ABŞ burada iştirak edəcək. Biz Budapeşt Memorandumunun və ya Minsk Razılaşmalarının təkrar olunmasını istəmirik” Rutte qeyd edib.
Xatırladaq ki, 1994-cü ildə imzalanan Budapeşt Memorandumu Ukrayna, Belarus və Qazaxıstanın nüvə silahlarını təhvil verməsi əvəzində təhlükəsizlik zəmanətləri ilə təmin olunmasını nəzərdə tuturdu.