• Bakı 24° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

İQTİSADİYYAT

22 Avqust 2025 | 15:46

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Bakıvaxtı.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Qeyd edilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 370 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.


    SON XƏBƏRLƏR