• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rövşən Nəcəf ona yüksək VƏZİFƏ VERDİ

İQTİSADİYYAT

21 Sentyabr 2025 | 15:34 | Müəllif: Subhan Mahmudov

Rövşən Nəcəf ona yüksək VƏZİFƏ VERDİ

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 28 May Neft Qaz Çıxarma İdarəsinə yeni rəis təyin edib.

Bakıvaxtı.az-ın Axar.az-a istinadən məlumatına görə, SOCAR prezidentinin imzaladığı əmrlə bu vəzifəyə Ramin Adgözəl oğlu Quliyev təyin olunub.

Qeyd edək ki, Ramin Quliyev buna qədər Abşeronneft və Əmirov adına Neft Qaz Çıxarma idarələrində rəis, GL və Tağıyev Əməliyyat Şirkətində əməliyyatlar üzrə menecer vəzifələrində işləyib.

R.Quliyev 2019-cu ildə Neft sənayesində xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Texnika üzrə fəlsəfə doktorudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026