Avqustun 25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Qəzzada baş verən hadisələri müzakirə etmək üçün Türkiyənin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci fövqəladə iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, iclasa Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edəcək.