• Bakı 17° C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Ukraynada 20 milyon nəfərin şəxsi məlumatları sızdırıldı

DÜNYA

21 Sentyabr 2025 | 17:00

Ukraynada 20 milyon nəfərin şəxsi məlumatları sızdırıldı

"Ukraynada 20 milyon nəfərin şəxsi məlumatlarının genişmiqyaslı sızması baş verib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Aleksandr Fediyenko sosial şəbəkə hesablarında məlumat verib.

Onun sözlərinə görə, "diia_users_db_2025" adlı fayl şəbəkədə pul qarşılığında təklif olunur.

Bildirilir ki, arxivdə vətəndaşların məlumatları toplanıb, məlumat bazasının həcmi təxminən 20 milyon sətirdir.

Bunların yalnız məhdud hissəsinə giriş var, tam hissəsi isə satın almaq üçün təklif olunur.

Deputat vurğulayıb ki, bazada, o cümlədən tanınmış siyasətçilərin telefon nömrələri var.

Fediyenko təcili olaraq bütün yerlərdə parolları dəyişdirməyi, ikifaktorlu autentifikasiyanı aktivləşdirməyi və mümkünsə, maliyyə nömrələrini dəyişdirməyi məsləhət görür.


SON XƏBƏRLƏR

20 Sentyabr 2025