• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Estoniya BMT TŞ-nin təcili iclasını TƏLƏB ETDİ

DÜNYA

21 Sentyabr 2025 | 16:35 | Müəllif: Subhan Mahmudov

Estoniya BMT TŞ-nin təcili iclasını TƏLƏB ETDİ

Estoniya Rusiya hərbi təyyarələrinin hava məkanını pozmasından sonra ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniyanın ERR nəşri məlumat yayıb.

Məlumata görə, iclas 22 sentyabrda baş tutacaq. Bu, Estoniyanın 34 illik BMT üzvlüyü ərzində ilk belə müraciətidir.

“Hava məkanımızın bu cür həyasızcasına pozulması ilə Rusiya BMT-nin bütün üzvlərinin təhlükəsizliyi üçün mühüm olan prinsipləri sarsıdır. Ona görə də vacibdir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya bu cür pozuntuları həmin orqanda müzakirə etsin”, - Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026