• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycan güləşçisi dünya çempionu olub

İDMAN

22 Avqust 2025 | 19:50 | Müəllif: Gülşən Şərif

Azərbaycan güləşçisi dünya çempionu olub

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.

Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.

Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026