• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

UEFA İsraili yarışlardan uzaqlaşdıra bilər

İDMAN

21 Sentyabr 2025 | 17:47 | Müəllif: Subhan Mahmudov

UEFA İsraili yarışlardan uzaqlaşdıra bilər

UEFA İsrail futbol klublarını və milli komandalarını təşkilatın bayrağı altında keçirilən turnirlərdən uzaqlaşdırmaq qərarı verə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, UEFA-nın İcraiyyə Komitəsi sentyabrın 23-də Qətərin təşəbbüsü ilə keçiriləcək iclasda İsrailin yarışlardan uzaqlaşdırılması məsələsini müzakirə edəcək.

Bildirilib ki, bu təşəbbüsə qarşı çıxmağa çalışan UEFA rəhbərliyi qərarın qəbul olunmaması üçün Almaniya və Macarıstanın dəstəyinə ümid edir.

Qətərin həm UEFA-ya, həm də İcraiyyə Komitəsinin üzvlərinə fərdi təzyiq göstərdiyi qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026