• Bakı 14° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Üstünlük "Atletik" tərəfdədir, çünki... - Qurban Qurbanov

İDMAN

20 Oktyabr 2025 | 22:39

Üstünlük Atletik tərəfdədir, çünki... - Qurban Qurbanov

Üstünlük rəqib tərəfdədir. Çünki həm öz meydanlarında oynayırlar, həm bu oyuna çox ciddi şəkildə hazırlaşacaqlar, həm də hələlik xalları yoxdur. Amma biz yenə də çalışacağıq ki, sona qədər bu komandaya qarşı maksimum dözümlü olaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün İspaniyaya səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib.

“Ümumiyyətlə, onların son oyunlarına baxmışam, oyunun dinamikası çox yüksək olur və çox sürətlə hücumlar edirlər. Bəlkə də topu rəqibin cərimə meydançasına ən tez çatdıran komandalarından biridir. Bu, həm bizim, həm də rəqib üçün vacib oyundur. Çalışacağıq ki, ən yaxşısını, ən doğrusunu edək və yaxşı nəticə ilə qayıdaq”, - Q.Qurbanov bildirib.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025