• Bakı 17° C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Valverde üçün "Real"a 50 milyon avroluq TƏKLİF

İDMAN

21 Sentyabr 2025 | 17:33

Valverde üçün Reala 50 milyon avroluq TƏKLİF

İngiltərənin "Mançester Yunayted" klubu Federiko Valverdeni transfer etmək üçün "Real"a (İspaniya) 50 milyon avro ödəməyə hazırdır.

Bakıvaxtı.az "DefensaCentral"a istinadən xəbər verir ki, Mançester təmsilçisi qeyd olunan məbləğlə yanaşı, akademiyasının yetirməsi Kobbi Meynunu da İspaniya klubuna göndərməyə razıdır.

Daha əvvəl "Real"ın K.Meynuya maraq göstərdiyi bildirilirdi. Lakin "Kral klubu" bu təklifi qəbul etmək niyyətində deyil. Çünki uruqvaylı yarımmüdafiəçi komandanın aparıcı üzvlərindən hesab olunur.

Qeyd edək ki, cari mövsümdə F.Valverde bütün turnirlərdə meydana çıxdığı altı oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 130 milyon avro qiymətləndirir.


SON XƏBƏRLƏR

20 Sentyabr 2025