• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Paraüzgüçümüz dünya çempionu oldu

İDMAN

21 Sentyabr 2025 | 17:02 | Müəllif: Subhan Mahmudov

Paraüzgüçümüz dünya çempionu oldu

Üç qat Paralimpiya çempionu paraüzgüçümüz Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən Paraüzgüçülük üzrə Dünya çempionatının ilk günündə qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, o, 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə göstərib.

Dördüncü dəfə dünya çempionu olan idmançımız 27 sentyabradək davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, “butterfly” (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR