• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xabi Alonso "Real"ın sabiq baş məşqçilərinin uğurunu təkrarlayıb

İDMAN

21 Sentyabr 2025 | 13:46 | Müəllif: Subhan Mahmudov

Xabi Alonso "Real"ın sabiq baş məşqçilərinin uğurunu təkrarlayıb

"Real" klubunun baş məşqçisi Xabi Alonso Madrid klubunun sabiq baş məşqçilərinin uğurunu təkrarlayıb.

Bakıvaxtı.az "Opta Sport"a istinadən xəbər verir ki, komanda mütəxəssisin rəhbərliyi altında La Liqada ilk beş matçında qələbə qazanıb.

Bununla da X.Alonso Xose Kirante və Vanderley Luşemburqonun nailiyyətini təkrarlayıb. Kirantenin rəhbərliyi altında "Real" 1928/1929 mövsümündə ilk beş matçı qələbə ilə başa vurub. Luşemburqo isə bunu 2004/2005 mövsümündə reallaşdırıb.

Qeyd edək ki, Madrid təmsilçisi hazırda 15 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026