• Bakı 26° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Prezident: Xankəndi tikiş fabriki qardaş özbək xalqından çox böyük hədiyyədir

SİYASƏT

22 Avqust 2025 | 15:30

Prezident: Xankəndi tikiş fabriki qardaş özbək xalqından çox böyük hədiyyədir

Xankəndi tikiş fabriki dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib.

"Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikində hazırda iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir”, - deyə dövlətim başçısı vurğulayıb.


SON XƏBƏRLƏR