Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə baş verən yanğında 6 kişi tüstüdən zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 6 kişi cinsli tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar, onlardan biri sağ əlin yanığı, biri isə özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib.