• Bakı 17° C

    12.18 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Naxçıvanda avtobus dərəyə aşdı - Xəsarət alanlar var -YENİLƏNİB

HADİSƏ

20 Sentyabr 2025 | 19:04

Naxçıvanda avtobus dərəyə aşdı - Xəsarət alanlar var -YENİLƏNİB

Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

 

17:14

Naxçıvanda avtobus qəzaya düşüb, 15-dən çox sərnişin xəsarət alıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunub.


SON XƏBƏRLƏR