• Bakı 18° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Bakıda evdən 15 min manatlıq oğurluq olub

HADİSƏ

20 Oktyabr 2025 | 12:40

Bakıda evdən 15 min manatlıq oğurluq olub

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025