20.10.2025-ci il tarixində saat 14:50 radələrində Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (2 kişi, 3 qadın) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travması və sınıqları, qabırğaların, alının açıq yaraları diaqnozları təyin olunub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Xəsarət alanlardan 2 nəfərin (1 kişi, 1 qadın) vəziyyəti ağır, 1 nəfərin (kişi) orta ağır, 1 nəfərin (qadın) vəziyyəti stabil qiymətləndirilir və müvafiq şöbələrdə müalicələri davam etdirilir.
1 nəfər isə (qadın) göstərilən tibbi xidmətlərdən sonra qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
Mina Mikayılova