• Bakı 15° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Qəbələdə iki avtomobil toqquşub - xəsarət alanlar var

HADİSƏ

20 Oktyabr 2025 | 18:58

Qəbələdə iki avtomobil toqquşub - xəsarət alanlar var

Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyevin idarə etdiyi "VAZ-2106" və 1962-ci il təvəllüdlü Adil Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.

Nəticədə "Opel"də olan sərnişinlər 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin ⁠Məmmədova xəsarət alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR