• Bakı 18° C

    10.88 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Naxçıvandakı qəzada xəsarət alan sərnişin: "Avtobus bir göz qırpımında idarəetməni itirdi"

HADİSƏ

21 Sentyabr 2025 | 00:40

Naxçıvandakı qəzada xəsarət alan sərnişin: Avtobus bir göz qırpımında idarəetməni itirdi

"Avtobus bir göz qırpımında idarəetməni itirdi. Oturacaqdan qalxıb yerə yıxıldım, başım qapıya dəydi".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a Naxçıvan-Bakı istiqamətində hərəkət edən zaman qəzaya düşən avtobusun sərnişini Qasım Həsənov deyib.

O bildirib ki, özünə gələndə hərəni bir tərəfdə görüb: "Birinin qolu qırılmışdı, o birinin ayağı... Həmin vaxt təcili tibbi yardım çağırmışdılar. Onlar da vaxtında gəlib tibbi yardım göstərdilər, sağ olsunlar. Hazırda vəziyyətimiz yaxşıdır".

Qeyd edək ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


SON XƏBƏRLƏR

20 Sentyabr 2025