• Bakı 18° C

    10.88 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Rusiyaya qarşı Türkiyə sistemi istifadə ediləcək

DÜNYA

21 Sentyabr 2025 | 01:00

Rusiyaya qarşı Türkiyə sistemi istifadə ediləcək

Polşa və Rumıniya son vaxtlar Rusiya pilotsuz uçuş aparatlarının NATO məkanını pozması halları fonunda Türkiyədə istehsal olunan “Merops” (Multispectral Extended Range Optical Sight) hava nəzarət sistemindən istifadə etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu sistemin operatorlarının hazırlanması mərhələsində Ukraynanın da iştirakı nəzərdə tutulur.

“Merops” helikopterlərə montaj oluna bilər, buludlu hava şəraitində belə düşmən obyektlərini aşkar etmə qabiliyyətinə malikdir. Bu sistem ilk dəfə 2022-ci ildə ictimaiyyətə təqdim edilib.


SON XƏBƏRLƏR

20 Sentyabr 2025