• Bakı 14° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Türkiyədə həbsdən qaçan məhkum cinayətlər törətdi - 2 ölü, 7 yaralı

DÜNYA

20 Oktyabr 2025 | 23:16

Türkiyədə həbsdən qaçan məhkum cinayətlər törətdi - 2 ölü, 7 yaralı

Türkiyənin Balıkesir vilayətindəki həbsxanaların birindən qaçan məhkum ardıcıl cinayətlər törədib.

Bakıvaxtı.az “Sabah”a istinadən xəbər verir ki, Mustafa Emlik adlı məhkum qaçış planını həyata keçirərkən baş çavuş Kamal Əkrini qətlə yetirib.

Daha sonra onun avtomobilini oğurlayıb. Həmin nəqliyyat vasitəsi ilə qaçarkən 6 piyadanı vurub.

Onlardan biri, Göktuğ Çalığı adlı şəxs hadisə yerində keçinib, digər beş nəfər isə yaralanıb.

Onun izinə düşən təhlükəsizlik qrupu ilə atışma zamanı 2 polisi də yaraladıqdan sonra zərərsizləşdirilib.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025