• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Lavrov Rubio ilə telefon danışığı apardı - YENİLƏNİB

DÜNYA

20 Oktyabr 2025 | 21:00 | Müəllif: Subhan Mahmudov

Lavrov Rubio ilə telefon danışığı apardı - YENİLƏNİB

ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətində vurğulayıb ki, qarşıdan gələn ikitərəfli görüşlər Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli nizamlanması üzrə birgə iş üçün imkan yaradacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət katibi qarşıdakı görüşlərin Moskva və Vaşinqtonun Prezident Trampın baxışına uyğun olaraq Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli həllinə nail olmaqda əməkdaşlıq etmək imkanı kimi vacibliyini vurğulayıb", - məlumatda deyilir.

 

18:46

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026