• Bakı 13° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

AB-nin bu planına qarşı sonadək mübarizə aparacağıq

DÜNYA

20 Oktyabr 2025 | 22:02

AB-nin bu planına qarşı sonadək mübarizə aparacağıq

Macarıstan Avropa Komissiyasının Rusiyanın enerji təchizatını dayandırmaq planı ilə sonadək mübarizə aparacaq və buna nail olmaq üçün bütün mövcud siyasi və hüquqi vasitələrdən istifadə etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Lüksemburqda Avropa Birliyi Şurasının iclasında iştirak edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, Avropa Komissiyasının təşəbbüsü hələ də Avropa Parlamenti tərəfindən AB qanunu kimi təsdiqlənməlidir.

"Biz Macarıstanın enerji təhlükəsizliyini və aşağı kommunal qiymətlərimizi qoruyacağıq. Biz Brüsselin Macarıstan vətəndaşları üçün kəskin qiymət artımına məcbur etməsinə icazə verməyəcəyik. Biz macarların Ukraynaya görə kommunal xidmətlər üçün indi ödədiklərindən qat-qat artıq ödəniş etməsinə icazə verməyəcəyik. Ona görə də biz belə bir qanunun qəbulunun qarşısını almaq üçün bütün siyasi və hüquqi vasitələrdən istifadə edəcəyik".


SON XƏBƏRLƏR

20 Oktyabr 2025