• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Makron Salmanla Fələstini müzakirə etdi

DÜNYA

20 Sentyabr 2025 | 22:43 | Müəllif: Subhan Mahmudov

Makron Salmanla Fələstini müzakirə etdi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında yazıb.

Makron və Salman 142 ölkə tərəfindən İsrail və Fələstin üçün iki dövlət yaradılmasına dair Nyu York bəyannaməsinin qəbulunu müzakirə ediblər.

“Bəyannamənin qəbulu Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyə gedən yolun planlaşdırılmasında dönüş nöqtəsi oldu”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Fransa 22 sentyabrda Nyu Yorkda keçiriləcək ikidövlətli həll yolu konfransına həmsədrlik edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026