• Bakı 15° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Fransızlar sərvətlərini ölkədən çıxarırlar

DÜNYA

20 Oktyabr 2025 | 19:57

Fransızlar sərvətlərini ölkədən çıxarırlar

Fransada siyasi qeyri-sabitliyin artması varlı ailələr və biznes nümayəndələri arasında narahatlıq yaradıb.

Bakıvaxtı.az  “Financial Times”a istinadən xəbər verir ki, bir çox fransalı iş adamı və imkanlı ailə üzvləri böyük məbləğdə vəsaitlərini Lüksemburq və İsveçrəyə yönəltməyə başlayıb.

Aktivlərin idarə edilməsi üzrə “Scala Patrimoine” şirkətinin rəhbəri Giom Lukini bildirib ki, hazırda onların idarə etdiyi sərvətlərin əksəriyyəti artıq Fransanın hüdudlarından kənardadır. Onun sözlərinə görə, müştəriləri arasında həm sahibkarlar, həm də peşəkar idmançılar var.

Nəşrin məlumatına görə, hazırda Lüksemburqa maliyyə axını “dayanmadan davam edən proses” kimi xarakterizə olunur, İsveçrəyə də eyni istiqamətdə böyük həcmdə kapital köçürülür.

 


SON XƏBƏRLƏR