• Bakı 17° C

    12.18 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Bəzi ərazilərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA

CƏMİYYƏT

20 Sentyabr 2025 | 17:21

Bəzi ərazilərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Tovuz və Şabranda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.


SON XƏBƏRLƏR