• Bakı 24° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Premyer Liqa: "İmişli" - "Neftçi" oyununda qalib müəyyənləşməyib

İDMAN

22 Avqust 2025 | 19:08

Premyer Liqa: İmişli - Neftçi oyununda qalib müəyyənləşməyib

 Misli Premyer Liqasında II turun açılış oyununda "İmişli" "Neftçi" ilə bərabərə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.

Bununla da paytaxt təmsilçisi mövsümdə ardıcıl ikinci dəfə heç-heçəyə imza atıb. Bölgə kollektivi isə Premyer Liqada ilk xalını qazanıb.

Günün digər matçında "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. Oyun "Azərsun Arena"da, saat 19:30-da başlayacaq.

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 23, 24 və 25-də keçiriləcək.


SON XƏBƏRLƏR