• Bakı 26° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ! artıq...

CƏMİYYƏT

22 Avqust 2025 | 15:32

Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ! artıq...

“İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidməti artıq “mygov” platforması vasitəsilə mümkün olacaq.

Bu barədə Bakıvaxtı.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

    Bu xidmət vasitəsilə işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobili ilə səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları icazə prosesini rahat və sürətli şəkildə həyata keçirə biləcəklər.

    Əvvəllər bu icazələr yalnız “Yolumuz Qarabağa” portalı üzərindən verilsə də, indi bu xidmət “mygov” platformasına da inteqrasiya olunub. İstifadəçilər platformada “Nəqliyyat” kateqoriyasından “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidmətini seçərək, təyinat nöqtəsini və səfər tarixini müəyyənləşdirir, avtomobil və sərnişin məlumatlarını daxil edir. Bu mərhələdə müraciət edən şəxsin FİN kodu üzrə adına qeydiyyatda avtomobil varsa, məlumatlar avtomatik olaraq ekranda görünür. Əgər yoxdursa, vətəndaş özü məlumatları əlavə edir. İstifadəçi bütün məlumatları əlavə etdikdən sonra birdəfəlik şifrə (OTP) ilə müraciətini təsdiqləyir. Vətəndaş aldığı icazəyə dair məlumatları “Tarixçə” bölməsindən izləyə və lazım gəldikdə icazəni ləğv edə bilər.

    Qeyd edək ki, səfər zamanı sürücü də daxil olmaqla 9 sərnişin iştirak edə bilər. Bununla yanaşı dövlət qeydiyyat nişanlı fərdi minik avtomobilinin əlavə olunması tələb olunur.


    SON XƏBƏRLƏR