• Bakı 25° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Bank kartlarından oğurluqlar edən 4 nəfər saxlanılıb

HADİSƏ

22 Avqust 2025 | 13:20

Bank kartlarından oğurluqlar edən 4 nəfər saxlanılıb

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar.

Bu şəxslərin analoji hadisələrdə iştirakının olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

21 Avqust 2025