• Bakı 26° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Pitbull sahibinin azyaşlı qızını ad günündə öldürdü

DÜNYA

23 Iyul 2025 | 18:31

Pitbull sahibinin azyaşlı qızını ad günündə öldürdü

Braziliyada pitbull öz sahiblərinin kiçik qızını öldürüb.

Bakıvaxtı.az lent.az-a istinadla xəbər verir ki, iki yaşlı Oliviyanın valideynləri yaxınlarının xəbərdarlıqlarına baxmayaraq, yetkin bir pitbul alıblar. Qohumlar onları dəfələrlə xəbərdar etsə də, faydası olmayıb.

Faciə qızcığazın ad günü günü baş verib – balaca qız həyətə qaçıb, pitbull isə onun üstünə atılaraq boğazından yapışıb. Nəticədə qız ölüb.

Həyətə çıxan valideynlər uşağın cəsədini itdən ala bilməyiblər və polis çağırmaq məcburiyyətində qalıblar.

Polislər qəzəbli itin sakitləşdirilməsi üçün ona üç dəfə atəş açmalı olublar. Yalnız bundan sonra it çənəsini açaraq uşağın cansız bədənini buraxıb.


SON XƏBƏRLƏR

23 Iyul 2025