• Bakı 26° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Səfir: Ukrayna ilə İsrailin düşməni eynidir, biz eyni dronlarla vurulmuşuq

DÜNYA

23 Iyul 2025 | 17:55

Səfir: Ukrayna ilə İsrailin düşməni eynidir, biz eyni dronlarla vurulmuşuq

“Ukrayna ilə İsrailin düşməni eynidir, biz eyni dronlarla vurulmuşuq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgen Korniçyuk “The Times of Israel”ə müsahibəsində deyib.

    O, iki ölkənin müştərək düşmənlər arasında əməkdaşlığa mane olmaq üçün birlikdə çalışacağını vurğulayıb.

    Korniçyuk bildirib ki, bu gün İsrail və Ukrayna arasında aparılan strateji dialoq 2022-ci ildən bəri dayandırılan konsultasiya mexanizmini yenidən canlandırıb.

    Ukrayna səfiri dialoqun növbəti mərhələsinin Ukrayna XİN rəhbərinin İsrailə səfəri zamanı reallaşacağını bəyan edib.

    Bundan başqa diplomat iki ölkə arasında iqtisadi dialoqun yenidən başlaması üçün çalışdığını da diqqətə çatdırıb.


    SON XƏBƏRLƏR

    23 Iyul 2025