ABŞ esminesi Oman körfəzində İranın ərazi sularına daxil olmağa cəhd edib.
Bakıvaxtı.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat verib.
Bildirilib ki, yerli vaxtla səhər saat 10:00 radələrində İranın hərbi helikopteri ABŞ-nin “USS Fitzgerald” esminesinin üzərindən uçub. Gəmi İranın ərazi sularına daxil olmağa cəhd edib.
"İran helikopterinin pilotu missiyanı yerinə yetirməyə davam edib və İranın ərazi sularından uzaq durmaq barədə xəbərdarlığı təkrarlayıb. İran qüvvələri ABŞ gəmisinin cənuba doğru istiqamət almasına nail olublar", - məlumatda qeyd olunub.
ABŞ Hərbi Dəniz Qüvvələri bununla bağlı heç bir açıqlama verməyib./report