• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Qanunsuz söküntü ilə bağlı həbs edilən ekskavator sürücüsü azadlığa buraxıldı - YENİLƏNİB

DÜNYA

23 Iyun 2025 | 16:22

Qanunsuz söküntü ilə bağlı həbs edilən ekskavator sürücüsü azadlığa buraxıldı - YENİLƏNİB

Alatavada qanunsuz söküntü işləri ilə bağlı başlanan cinayət işinə xitam verilib.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar verilib.

    Söküntü ilə bağlı saxlanılan Qala Eynullayev azadlığa buraxılıb.

    Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

    Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

    ***

    12:42

    Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barəsində qərar verilib.

    Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, söküntü ilə bağlı saxlanılan Qala Eynullayev azadlığa buraxılıb.

    Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

    Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

    Qeyd edək ki, bu il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb.

    Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavator Eynullayev Qala Seymur oğlu saxlanılıb.

    Qalib Məmmədov və Qala Eynullayev barəsində martın 29-da Xətai rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

    Qalib Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.


    SON XƏBƏRLƏR