• Bakı 21° C

    0.94 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Britaniya İrana xəbərdarlıq etdi

DÜNYA

23 Iyun 2025 | 16:23

Britaniya İrana xəbərdarlıq etdi

Britaniya İrana xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri David Lammy bildirib.

Məlumata görə, o, ABŞ hərbi bazalarına hücumların və Hörmüz boğazının bağlanmasının "fəlakətli səhvlər" olacağı deyib.

David Lammy deyib: "Mən İrana açıq şəkildə bildirdim ki, indiki məqamda Tehranın Yaxın Şərqdəki Amerika bazalarına hücumu böyük, fəlakətli səhv olar. Hazırda bölgədə qoşunlarımız var. Həmçinin, Hörmüz boğazının bağlanması da böyük səhv olar" .

Qeyd edib ki, İranın ali lideri Əli Xameneinin ABŞ-nin regiondakı hədəflərinə hücumlarının potensial nəticələrini anladığına və etiraf etdiyinə inandığı üçün tərəflər arasında münaqişənin həll olunacağına “nikbin”dir.

Mina Mikayılova


SON XƏBƏRLƏR