• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb

MƏDƏNİYYƏT

23 Iyun 2025 | 15:18

“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb

Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub. Həmçinin o, mahnını "YouTube"da yunan dilində “Hara gedir” adı altında yayıb.

"Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın Youtube platformasında yaydığı qeyd edilən mahnı silinib", - deyə məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR